Aprelin 13-də Azərbaycan Dillər Universitetinin 3 saylı tədris korpusunda Beynəlxalq jurnalistika şöbəsinin təşkilatçılığı və Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi, fil.f.d. Aynurə Hüseynovanın təşəbbüsü ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mətbuat katibi, “525-ci qəzet”in müxbiri Şəhanə Müşfiq qızı Mahmudzadə ilə jurnalistika ixtisasında təhsil alan III kurs tələbələri arasında görüş keçirilib.
Tehsil.biz xəbər verir ki, görüşdə çap mediasının xüsusiyyətləri, jurnalist peşəkarlığı, problemləri, bunun həlli istiqamətində görüləcək işlərdən bəhs edilib.
Sonda Şəhanə Müşfiq tələbələrin suallarını cavablandırıb, öz müəllifi olduğu kitablarından və “525-ci qəzet”dən tələbələrə hədiyyə edib.
